Tramp administrasiyası məhkəməyə verildi | ABŞ-də qalmaqala səbəb olan qanun layihəsi
12 ştat ABŞ Prezidenti Donald Tramp Administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün Federal Beynəlxalq Ticarət Məhkəməsində iddia qaldırıb.
Bu barədə “NBC News” telekanalı məlumat yayıb.
“ABŞ-yə göndərilən hər hansı mallara yüksək və daim dəyişən rüsumlar tətbiq etmək hüququnu öz üzərinə götürərək Prezident Konstitusiya nizamını pozub və Amerika iqtisadiyyatına xaos gətirib”, ‒ deyə sənəddə bildirilib.
Dövlət başçısı Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə də ittiham olunur.
Qanun layihəsi Senatın Maliyyə Komitəsinin üzvləri ‒ Vaşinqtondan olan demokrat Mariya Kantvel və Ayova ştatından respublikaçı Çak Qrassli tərəfindən birgə dəstəklənib. Layihə qəbul olunarsa, Prezident yeni tariflərin tətbiqindən 48 saat əvvəl Konqresə məlumat verməli olacaq.
