Pleyeri seçin:

Tramp barədə həqiqəti deyəndə cəzalanırsınız! - Deputatı özündən çıxaran qərar

23 yanvar 2025 264 baxış

Danimarkanın Avropa Parlamentinə üzv olan deputatı Anders Vistisen Qrenlandiyanı ölkəsinə qatmaq istəyən ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirdiyi ifadələr parlament tərəfindən sərt reaksiya qarşılanıb.

Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin Baş Assambleyasının iclasında çıxış edən Vistisen parlament tribunasından Qrenlandiyaya iddiasına görə Trampı lənətləyib.

“Hörmətli Prezident Tramp, lütfən, diqqətlə dinləyin. Qrenlandiya 800 ildir, Danimarka Krallığının tərkibindədir. Bu, ölkəmizin ayrılmaz hissəsidir. Satılmır. İcazə verin, bunu başa düşə biləcəyiniz şəkildə ifadə edim. Hörmətli Tramp, rədd olun, gedin”, – danimarkalı deputat deyib.

Avropa Parlamentinin sədr müavini Nikolae Stefanuta bu çıxışa etiraz edərək parlamentdə Trampa qarşı belə ifadələr işlətməsinin qəbuledilməz olduğunu bildirib. O əlavə edib ki, belə ifadələr işlədilməsinin nəticələri olacaq.

“Demokratiya parlamentində belə bir şey qəbuledilməzdir. Cənab Tramp haqqında nə düşünürük, düşünək, amma belə bir dildən istifadə etmək mümkün deyil”, – Stefanuta bildirib.

Vistisen daha sonra sosial mediada yayımladığı açıqlamasında Avropa Parlamentində Tramp haqqında işlətdiyi ifadələrə görə cərimə olunacağı ilə hədələndiyini bildirib.

“Tramp haqqında həqiqəti ifadə edəndə cəza ilə üzləşirsiniz”, – danimarkalı deputat yazıb.

2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş

2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş

Dünya
12 mart 2026 264 baxış
"Qırmızı planet"dəki bu maddə elmə məlum deyil

"Qırmızı planet"dəki bu maddə elmə məlum deyil

Dünya
12 mart 2026 264 baxış
İraq sahillərində yanan tankerlər söndürüldü

İraq sahillərində yanan tankerlər söndürüldü

Dünya
12 mart 2026 264 baxış
Palimpsest bu günədək itmiş hesab olunurdu

Palimpsest bu günədək itmiş hesab olunurdu

Dünya
12 mart 2026 264 baxış
Dünyanın ən sirli arxeoloji sahəsində axtarışlar sürətlənib

Dünyanın ən sirli arxeoloji sahəsində axtarışlar sürətlənib

Dünya
12 mart 2026 264 baxış
Tramp hərbi əməliyyatı dayandırıb?

Tramp hərbi əməliyyatı dayandırıb?

Dünya
12 mart 2026 264 baxış
SEPAH-dan savaşın gedişatını dəyişəcək sensasiyalı addım - Baku TV CANLI

SEPAH-dan savaşın gedişatını dəyişəcək sensasiyalı addım - Baku TV CANLI

Dünya
12 mart 2026 264 baxış
ABŞ şirkətləri Yaxın Şərqlə bağlı peyk görüntülərinə çıxışı məhdudlaşdırdı

ABŞ şirkətləri Yaxın Şərqlə bağlı peyk görüntülərinə çıxışı məhdudlaşdırdı

Dünya
12 mart 2026 264 baxış
Rusiya Ukrayna ilə bağlı ittiham irəli sürdü

Rusiya Ukrayna ilə bağlı ittiham irəli sürdü

Dünya
12 mart 2026 264 baxış
İsrailin zərbələri nəticəsində 634 nəfər həyatını itirdi

İsrailin zərbələri nəticəsində 634 nəfər həyatını itirdi

Dünya
12 mart 2026 264 baxış
Seçilmişlər
icon