Tramp etiraz etdi | Donaldın Baydenə demədiyi qalmadı
ABŞ-nin sabiq prezidenti Donald Tramp növbəti dəfə Cozef Baydenin ünvanına söz atıb.
O, bu dəfə Ağ Ev rəhbərini rəsmi Vaşinqtonu NATO-nun gülüş hədəfinə çevirdiyinə görə ittiham edib.
D.Tramp jurnalistlərə açıqlamasında bildirib ki, C.Bayden Ukraynaya milyardlarla dollar ayırmağa hazır olduğunu dediyi üçün alyans ölkələri ABŞ-ni ələ salır:
“Onlar ABŞ-nin axmaqlığına gülürlər, çünki C.Bayden hər dəfə kimsə yardım istəyəndə həmin ölkəyə 60 milyard dollar verir. Biz buna yol verməməliyik. Onlar bizə gülürlər. Rəhbərliyimizə görə ölkənin də axmaq olduğunu düşünürlər”.
Xatırladaq ki, ABŞ Senatı aylarla davam edən siyasi çəkişmələrdən sonra Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini təsdiqləyib. Sözügedən paketdən rəsmi Kiyev üçün 60 milyard dollar ayrılıb.