Trampdan Çinlə bağlı aranı qarışdıran qərar | Pekindən gözlənilməz təklif
“Ticarət və ya tarif müharibəsinin qalibi olmur”.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı açıqlamasına cavab olaraq deyib.
“Biz Çinin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə izah etmişik. Biz həmişə inanmışıq ki, ticarət və ya tarif müharibəsində qalib yoxdur”, – deyən Çin XİN rəsmisi əlavə edib ki, Çin daim öz milli maraqlarını qətiyyətlə müdafiə edir.
Mao Nin diqqətə çatdırıb ki, Pekin ABŞ ilə əlaqə saxlamağa, fikir ayrılıqlarını düzgün həll etməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və Çin-ABŞ münasibətlərinin davamlı inkişafına töhfə verməyə hazırdır.
Qeyd edək ki, Prezident Donald Tramp fevralın 1-dən başlayaraq Çindən idxal edilən məhsullara 10 faizlik əlavə rüsumlar tətbiq edə biləcəyini açıqlayıb.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI
- Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb
- ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI
- Zelenskiyə Trampdan gözlənilməz Moskva təklifi: Liderlərin görüşündə nələr yaşanıb? - Baku TV CANLI
- Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV
