Pleyeri seçin:

Trampı hədələyən şəxsi 10 il həbs cəzası gözləyə bilər

29 aprel 2026 302 baxış

ABŞ-də Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komi Prezident Donald Trampa qarşı təhdid ittihamı ilə 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Bunu ABŞ-nin ədliyyə naziri vəzifəsini icra edən baş prokuror Todd Blanş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Komiyə ümumilikdə iki ittiham irəli sürülüb. Bunlardan biri dövlət başçısına qarşı təhdid, digəri isə bu təhdidin internet üzərindən yayılması ilə bağlıdır.

ABŞ qanunvericiliyinə əsasən, ştatlararası səviyyədə həyat və sağlamlığa təhdid məzmunlu məlumatların ötürülməsi ayrıca cinayət hesab olunur.

Blanş qeyd edib ki, hər iki ittiham üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur: “Hər hansı şəxsə qarşı ölüm təhdidi təhlükəli hərəkət və potensial cinayətdir. Ədliyyə Nazirliyi ABŞ Prezidentinə qarşı təhdidlərə heç vaxt dözümlü yanaşmayacaq”.

Məlumata görə, Komi 2025-ci ilin mayında sosial şəbəkədə 86 və 47 rəqəmləri formasında düzülmüş dəniz qabıqlarının fotosunu paylaşmaqla Trampa qarşı təhdid yaratmaqda ittiham olunur. İngiliscədə “to 86” ifadəsi kiməsə zərər yetirmək və ya öldürmək çağırışı kimi yozula bilər, 47 rəqəminin isə ABŞ-nin 47-ci prezidenti olan Donald Trampa işarə etdiyi bildirilir.

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Dünya
25 sentyabr 2026 302 baxış
ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 302 baxış
Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Dünya
25 sentyabr 2026 302 baxış
Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 302 baxış
Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Dünya
25 sentyabr 2026 302 baxış
NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

Dünya
25 sentyabr 2026 302 baxış
6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

Dünya
25 sentyabr 2026 302 baxış
Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Dünya
25 sentyabr 2026 302 baxış
Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Dünya
25 sentyabr 2026 302 baxış
Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Dünya
25 sentyabr 2026 302 baxış
Seçilmişlər
icon