Trampın yanında ancaq o var idi | Ərdoğan Trampın qələbəsindən danışdı
“Donald Trampın seçki kampaniyası müddətində sui-qəsd cəhdi də daxil olmaqla, bir çox güclərlə böyük mübarizəsi həqiqətən nümunə oldu. Onu vurmağa çalışdılar, mərmi qulağını sıyırdı, əlləri qandallı həbsxanaya apardılar. Amma o, usanmadan, dirənərək mübarizəsini davam etdirdi. Bu, bir siyasətçinin rahatlıqla bacaracağı iş deyildi. Tramp isə bunu bacardı”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Seçki kampaniyasının ilk dövründə “Kamala Harris böyük fərqlə bu seçkini qazanacaq”, – deyirdilər. Trampla bağlı isə heç kiçik bir ehtimal da nəzərə alınmırdı. Amma kampaniyanın son dönəmi başlayanda fərq sürətlə artmağa başladı. Tramp qələbəsinə inanmışdı və nəticəni də uğurlu bir şəkildə aldı. Bu müddətdə isə Trampın yanında sadəcə İlon Mask var idi.
Mask onunla əl-ələ, baş-başa verdi. İstintaq müddəti də daxil olmaqla, bu qədər təzyiqlərə rəğmən Tramp, məncə, çox uğurlu bir sınağı yorulmadan, usanmadan geridə qoydu”, – o bildirib.