Pleyeri seçin:

Tükürpərdən ailə faciəsi | 7 doğmasını qətlə yetirən şəxs barədə dəhşətli detallar

26 noyabr 2024 379 baxış

İstanbulda baş verən dəhşətli qətllər şəhərdə böyük şok yaradıb. Üç saat ərzində bir-birinin ardınca həyata keçirilən silsilə qətllərdə 7 nəfər ölüb.

“Yeni Şafak” xəbər verir ki, qətllərin narkotik aludəçisi Bəxtiyar Aladağ tərəfindən törədildiyi ehtimal edilir.

Qətllərdən birincisi Bəxtiyar Aladağın Büyükçekmece gölü yaxınlığında gəzinti zamanı həyat yoldaşı Sevim Aladağ, 10 yaşlı oğlu Arsal Aladağ və qayınanası Türkan Soylunu başından güllələyərək öldürməsi ilə başlayıb. Məlum olub ki, saat 15:00-15:30 arasında törədilən bu qətllərdən sonra B.Aladağ valideynlərini qətlə yetirib.

Saat 16:00-16:30 arasında Büyükçekmece bölgəsində B.Aladağ anası Necmiye (55 yaş) və atası Muhammet Aladağı (65 yaş) başından atəş açaraq öldürüb. O, həmin vaxt evdə olan 30 yaşlı bacısı Buket Aladağa da ağır xəsarət yetirib.

Bəxtiyar Aladağ daha sonra Avcılar rayonunda baldızının işlədiyi bərbərxanaya gedib. Orada bərbər Mehmet Salih Özsökükə başından atəş açıb, qaynı Gökhan Soylunu ağır yaralayıb.

Bəxtiyar Aladağın qətl zənciri Esenyurta qədər uzanıb. Saat 18:00 radələrində əmisi Şadan Serdar Bükenin oğlunu Esenyurtda öldürüb. Yarım saat sonra o, başına atəş açaraq intihar edib. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən bacısı Buketi xilas etmək mümkün olmayıb.

Polis B.Aladağın narkotik aludəçiliyinin və zorakılıq cinayətləri keçmişinin olduğunu bildirib. Hadisədən sonra aparılan araşdırmalar B.Aladağın psixi pozğunluq keçirib-keçirməməsinə yönəldilib. Psixiatrlar bu davranışın psixozdan qaynaqlana biləcəyini deyirlər.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 379 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 379 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 379 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 379 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 379 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 379 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 379 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 379 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 379 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 379 baxış
Seçilmişlər
icon