Türkiyə mühəndisləri yeniliyə imza atıblar
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyədə yaradılan yerli radar sistemləri respublikanın bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək”.
Bu barədə ölkənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu məlumat verib.
“Türkiyə mühəndisləri tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı Qaziantep hava limanında quraşdırılıb. Müxtəlif ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində Türkiyənin bütün hava məkanı 1 milyon kvadratkilometr sahədə gecə-gündüz müşahidə oluna bilər. Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün standartlarına cavab verir”, – deyə nazir “X”də yazıb.
Qeyd edək ki, sınaqdan uğurla keçən hava hərəkətinə nəzarət sistemi 112 kilometr mənzilli ilkin müşahidə radarından və 370 kilometr mənzilli ikinci dərəcəli radardan ibarətdir.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
