Türkiyə və Pakistan Ər-Riyadın əsas tərəfdaşına çevrilir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə telefon danışığı aparıb.
Baş nazir Pakistanın husilərin Səudiyyə Ərəbistanının mülki və iqtisadi infrastrukturuna son hücumlarını qətiyyətlə pislədiyini bir daha bildirib. Husilərin əməllərinin regional sülh və təhlükəsizliyə təhdid yaratdığı, həmçinin qlobal iqtisadiyyatı və enerji təchizatını poza biləcəyi bildirilib. Gərginliyin azaldılması və regionda sülhün bərqərar olması istiqamətində səyləri davam etdirmək bir daha vurğulanıb.
Bu məqamda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın avqustun 7-də imzalanmış üçtərəfli müqaviləsi yada düşür. “Məkkə Müdafiə Sazişi” adlanan sənəddə bildirilirdi ki, üç ölkədən birinə silahlı hücum bütün imza atan ölkələrə qarşı təcavüz hesab ediləcək. Həmin müqavilənin imzalanmasından sonra husilər Səudiyyə Ərəbistanına hava hücumları edir.
Müqavilə tərəfləri cavab addımları ataraq kollektiv şəkildə Səudiyyə Ərəbistanına hücum edənlərə cavab verəcəklərmi?
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
