Pleyeri seçin:
Türkiyədə baş verən silahlı insidentdə ölən və yaralananların sayı açıqlandı
Türkiyədə siahlı insident baş verib. 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə Şanlıurfada şəhərlərarası avtovağzalda qeydə alınıb.
Belə ki, avtobus terminalına gələn bir qrup şəxslə bilet satışı ilə məşğul olan şirkətin ofisində naməlum səbəbdən qarşıdurma baş verib. Oradakı polis əməkdaşı davaya müdaxilə etmək istəyib. Qarşıdurma zamanı polis də olmaqla ümumilikdə 11 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra şəhərin müxtəlif xəstəxanalarına çatdırılıblar. Onlardan biri xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Türkiyədə sel fəlakəti ağır nəticələrə səbəb olub | Altı nəfər ölüb - Baku TV
