Dünya
Pleyeri seçin:
Türkiyədə bir dənə də ağıllı aktyor yoxdur | Rusiyalı deputatdan qalmaqallı çağırış
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vitali Milonov Rusiyada Türkiyə seriallarını qadağan etməyə çağırıb.
V.Milonov yerli kanallardan birinə açıqlamasında Türkiyə seriallarını “tamamilə zibil” adlandırıb.
Onun fikrincə, belə seriallar reallığa uyğun gəlməyən həyatı göstərir.
“Bu kababçılar birdən-birə yaxşı aktyor olduqlarına qərar verdilər. Türkiyədə bir dənə də ağıllı aktyor yoxdur, hamısı tamamilə istedadsız, ucuz oğrulardır”, – deyə siyasətçi türkiyəli aktyorları təhqir edib.
V.Milonov bildirib ki, bu cür ekran işləri qadınların düşüncəsində saxta ideal kişi obrazı yaradır.
Kopyalandı
Seçilmişlər