Pleyeri seçin:
Türkiyədə dəhşətli yanğın | Bütün fabrik alova büründü
Türkiyənin paytaxtı İstanbulda Tuzla rayonunun Dəri Sənaye Bölgəsində yerləşən fabrikində dəhşətli yanğın başlayıb.
Hələlik yanğının səbəbi məlum deyil, lakin alovlar qısa müddətdə böyüyərək bütün fabriki bürüyüb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib. Yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir.
Fabrikə dəyən ziyanın miqyası hələlik müəyyənləşdirilməyib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV
- Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
