Türkiyədə dırnaqdan da kiçik olan "İncil"in tarixçəsi
Türkiyənin Bursa şəhərindən olan Ahmet Erdönmez tarixi əsərlərdən ibarət kolleksiyası ilə tanınır. O, bunların muzeydə sərgilənəcəyi günü səbirsizliklə gözləyir.
A.Erdönməzin minlərlə əşyadan ibarət kolleksiyasında dırnaqdan da kiçik olan İncil xüsusilə diqqəti çəkir.
Onun sözlərinə görə, kitab ona Almaniyaya səfəri zamanı tanışı tərəfindən hədiyyə edilib.
“Mən Avropada dəvət aldığım bütün muzey görüşlərinə qatılıram. Avropa Muzey Akademiyasının Türkiyə təmsilçisi olduğum üçün belə tədbirlər bizim üçün çox faydalıdır. Almaniyada bir görüşdə iştirak etdim, orada da sərgi açdım. Həmin tədbirdə tanış olduğum bir bəy mənə bu kiçik incini hədiyyə etdi. Heç bir tarixi dəyəri yoxdur, lakin çox kiçik olduğu üçün maraqlı bir parçadır”, – deyə A.Erdönməz bildirib.
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
