Türkiyədə faciəvi hotel yanğınının səbəbi | Dəhşətə gətirən məqamlar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş verən güclü yanğına səbəb aşpazların laqeydliyi olub.
Bu barədə “Sabah” qəzeti araşdırma məlumatlarına istinadən bildirib.
Bildirilir ki, yanğın yanvarın 21-də yerli vaxtla saat 03:21-də aşpazların qonaqlar üçün səhər yeməyi hazırladığı mətbəxdə başlayıb. Onlar alovlanan yağın üzərinə su tökməyə başlayıblar, bu da yanan kütlənin bütün otağa sıçramasına səbəb olub. Çaxnaşma içində aşpazlar küçəyə qaçıb, alov tez bir zamanda hotelin bütün mərtəbələrinə yayılıb, hoteldə yanğın siqnalı söndürülüb.
Son məlumata görə, yanğınla bağlı aparılan istintaq çərçivəsində 19 nəfər həbs edilib. Onların arasında hotelin sahibi, meneceri, kurortun yaxınlığında yerləşən Bolu şəhərinin meriyasının nümayəndələri, Bolu bələdiyyəsi sədrinin müavini də var.
Qeyd edək ki, “Grand Kartal” hotelində baş verən yanğın nəticəsində çoxu uşaq olmaqla 78 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
