Pleyeri seçin:

Türkiyədə növbədənkənar seçki keçiriləcək? - Hakim partiya nəyi səhv etdi?

01 aprel 2024 436 baxış

“Türkiyədə seçkilərdə partiyalar yarışsalar da, xalq namizədlərə səs verir. Məsələn, prezident seçkilərində ölkə idarəetməsini Ərdoğana etibar etdikləri kimi, yerli idarəetmədə istədikləri namizədi seçirlər. İYİ Partiya bu seçkinin əsas məğlublarından olsa da, Rasim Arı Nevşəhərdə qalib oldu. Eləcə də bu seçkinin sürprizi olan Yenidən Rəfah faktiki olaraq Urfa və Yozgat böyük şəhər bələdiyyələrini AK Partiyadan alaraq gücünü ortaya qoydu”.

Bunları Türkiyədə 31 martda baş tutan bələdiyyə seçkilərini şərh edən jurnalist Aqil Ələsgər qeyd edib.

“Həm ölkənin mövcud iqtisadi çətinliyi, həm mütləq gücün bir əldə toplanmasından duyulan narahatlıq səhv namizədlə üst-üstə düşüncə ortaya belə mənzərə çıxa bilir.

Əslində ilk dönəmlərində heç bir başarılı fəaliyyətləri ilə yadda qalmasalar da, yuxarıda sadalanan səbəblərdən İstanbul, İzmir və Ankarada sürpriz gözlənilmirdi. Ancaq bu seçkilər sağda AK Partidən daha radikal, daha mühafizəkar Yenidən Rəfahın ortaya çıxmasına səbəb oldu. Eyni zamanda MHP əvvəlki seçkilərə nisbətdə daha çox şəhərdə qələbə qazandı.

AK Partiya ötən seçimdə itirdiklərini qazana bilməsə də, təsəlli kimi Hatay kimi CHP qalasını ala bildi. PKK-nın siyasi qanadı isə yenə Türkiyənin cənub-şərqində mövqeyini qorumaqla yanaşı, böyük şəhərlərdə CHP ilə gizli ittifaqını davam etdirdi.

Bu seçkilər növbədənkənar seçkiləri bərabərində gətirə bilərmi? Bunu bələdiyyə seçkilərinin nəticələrindən daha çox mövcud iqtisadi durumun hansı istiqamətə doğru inkişafı göstərəcək. Ancaq ötən seçkilərin cəzasını Kamal Kılıçdaroğlu ödədiyi kimi bu seçkilər də Meral Akşeneri “yemiş” kimi görünür. Yəni sağda Ərbəkan yüksələrkən Akşener “əridi”. CHP isə içindəki təlatümlərə və partiyanın faktiki bölünməsinə rəğmən ölkə birincisi olması ilə tarixində Ecevit dönəmindən sonra ən böyük uğuru qazandı. Bu həm də Kamal Kılıçdaroğlu tərəfdarlarının seçki sonrası Özgür Özəli yıxma qurultayı keçirmək xəyallarını dəfn etdi. Görünən odur ki, düzgün namizəd seçimi Özgür Özəlin də kreslosunu möhkəmləndirdi”, – o bildirib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 436 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 436 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 436 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 436 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 436 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 436 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 436 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 436 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 436 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 436 baxış
Seçilmişlər
icon