Türkiyədə prezident seçkisi nə vaxt keçiriləcək? - Ərdoğan onların planını pozdu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin gündəliyinə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi məsələsinin daxil olmadığını, səsvermənin 2028-ci ildə Konstitusiyaya uyğun olaraq keçiriləcəyini bildirib.
O, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özelin vaxtından əvvəl səsvermə keçirmək çağırışlarına belə cavab verib:
“Konstitusiya və Seçki qanunu dəyişmədiyi üçün prezident və parlament seçkiləri 2028-ci ildə, bələdiyyə seçkiləri isə 2029-cu ildə baş tutacaq”.
Türkiyə lideri hazırda siyasi gündəmdə seçki məsələsinin olmadığını vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub. Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə bu vəzifəyə xarici işlər nazirinin köməkçisi Burhanettin Duran gətirilib. Fəxrəddin Altun isə Türkiyə İnsan Haqları Qurumuna rəhbər təyin olunub.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Vaşinqton-Tehran arasında son şans? | Ərdoğan Trampa nə çağırış etdi? - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
