Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş qadağası ləğv edildi
Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş qadağası ləğv edilib.
Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X"dəki hesabında yazıb.
Giriş qadağası yerli vaxtla avqustun 10-u saat 21:30-da aradan qaldırılıb.
“Instagram”a girişin bloklanması ilə bağlı qərar avqustun 2-də Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi (BTK) tərəfindən qəbul olunub. İdarə diqqəti sosial şəbəkənin respublikanın Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra cinayətlərin törədilməsi riskinə məhəl qoymamasına yönəldib.
Yerli mətbuatın yazdığına görə, Ankara bu addımı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-də İranda öldürülməsi ilə bağlı "Instagram"da başsağlığı ismarışlarının bloklanması ilə bağlı atıb.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə zərbə PUA-sı yeni imkan qazanır: adi bombanı idarəolunan silaha çevirən sistem
- Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI
- İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfər xilas edildi - Baku TV
- Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV
- Media və Yayım Şurasından İran və Türkiyədən ölkəmizə qarşı trol hücumlarına reaksiya - Baku TV
