Pleyeri seçin:
Türkiyədə terrorçulara qarşı "Qəhrəman-33" adlı əməliyyat keçirildi
Türkiyə Silahlı Qüvvələri ölkənin 12 vilayətində “Qəhrəmanlar-33” adlı əməliyyat keçirib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı terrorçuların 78 sığınacağı məhv edilib. Qeyd olunub ki, həmin sığınacaqlar qış aylarında logistik məqsədlər, o cümlədən aksiyalar keçirmək üçün nəzərdə tutulubmuş.
Nazir onu da əlavə edib ki, terrorçulara qarşı ilin 365 günü mütəmadi olaraq əməliyyatlar təşkil olunur və son terrorçu zərərsizləşdirilənə qədər bu mübarizə qətiyyətlə davam edəcək.
Kopyalandı
#Türkiyə Silahlı Qüvvələri teqi istifadə olunub
- Türkiyə təyyarəsinin faciəvi qəzasında şəhid olanlarla vida mərasimi
- Türkiyə hərbçilərinin Bakıdakı hərbi paradda keçidi
- Türkiyə Silahlı Qüvvələri nəyə hazırlıq görür?
- Türkiyə “Tayfun”u sınaqdan keçirdi | Hipersəs ballistik raketi hədəfi dəqiq nişan alır
- "Qarabağ atı" diplomatiyası | Avropa Rusiyaya qarşı hərəkətə keçdi - YEKUNLAŞDIRAQ
