Dünya
Pleyeri seçin:
Türkiyədən İsraillə bağlı qadağa | Əlaqələr birdəfəlik kəsilir?
Türkiyə Qəzzada baş verənlərə görə İsraillə bütün ticarət əlaqələrini dayandırıb.
Bu barədə “Bloomberg” nəşri iki Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin pul ifadəsində 6,8 milyard dollar təşkil etdiyi bildirilib.
Eyni zamanda tədarükün 76%-i Türkiyə mallarının ixracından əldə olunub.
Qeyd edək ki, Türkiyənin Ticarət Nazirliyi İsraillə bütün ixrac və idxal əməliyyatlarının dayandırıldığını təsdiqləyib. Ankara qadağanın aradan götürülməsi ilə bağlı şərtlərini də açıqlayıb. Bunun üçün İsrail Qəzzada atəşkəs elan etməli və bölgəyə humanitar yardım axınına icazə verməlidir.
Kopyalandı
Seçilmişlər