Türkiyənin COP31 üçün ev sahibliyi edəcəyi təsdiqləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına ev sahibliyi edəcək.
Bütün tərəflər COP31 Tərəflər Konfransının gələn il Türkiyədə keçirilməsi, COP31-in sədrliyini Ankaranın, danışıqlara isə Avstraliyanın sədrlik etməsi ilə bağlı razılığa gəliblər.
BMT-nin rəhbərliyi ilə 2026-cı ilə planlaşdırılan danışıqların qlobal iqlim gündəliyinin müzakirələri Antalyada baş tutacaq.
Konsensus mətni Türkiyənin də daxil olduğu Birləşmiş Millətlər Təşkilatı yanında Qərbi Avropa və Digərləri qrupu tərəfindən təsdiqlənib.
COP31-ə hazırlıq üzrə əsas müzakirələr Avstraliyada keçiriləcək və onların mövzusu iqlim maliyyəsi və Sakit okean ölkələri ilə ətraf mühit həmrəyliyi olacaq.
Baş Assambleyada çıxış edən Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum üzv ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.
"Yüzlərlə ikitərəfli görüşlər, iqlim məsələləri ilə bağlı onlarla ölkəyə səfərlər, diplomatik danışıqlar günləri keçirilib və nəhayət, Türkiyə COP31-in sədri və ev sahibidir. Bu tarixi məsuliyyəti öz üzərinə götürməklə biz bu gün ümumi evimiz, dünyamız üçün ən vacib marafona başlayırıq", ‒ deyə nazir bildirib.
#COP31 teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə
