Pleyeri seçin:

Türkiyənin dünyanı lərzəyə salan xarici siyasəti

25 iyul 2023 47 baxış

Türkiyə Ukrayna müharibəsində vasitəçi rolu və NATO sammitində atdığı addımlarla diqqət çəkməyə davam edir.

İsrailin “Haaretz” qəzeti Türkiyənin dünya səhnəsindəki siyasəti ilə bağlı diqqətçəkən məqalə dərc edib.

“Netanyahu Ərdoğanı ancaq qısqana bilər” başlıqlı yazıda Netanyahunun kardiostimulyator taxılması səbəbindən Türkiyə səfərini təxirə saldığı xatırladılıb: “Netanyahu Türkiyəyə səfərini, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü təxirə salmasaydı, qibtə ediləcək bir liderlə görüşəcəkdi”.

Analitik Zvi Barelin yazdığı məqalədə Türkiyənin xarici siyasəti də diqqətlə araşdırılıb.

“Netanyahudan fərqli olaraq, Ərdoğan xarici siyasətini Moskva ilə Vaşinqton, Ukrayna ilə Rusiya arasında istiqamətləndirə bilir”, – məqalədə vurğulanıb. Həmçinin qeyd olunub ki, Türkiyə “ABŞ-nin son dostu”na çevrilib.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken deyib: “ABŞ Rusiyanı Qara Dəniz Taxıl Müqaviləsinə qaytarmaq üçün Türkiyəyə ümid bəsləyir. Biz məsələnin yenidən yoluna qoyulmasında Türkiyənin lider rolunu oynamasını gözləyirik”.

Məqalədə Türkiyənin Ukraynaya silah satdığı, eyni zamanda Rusiya ilə yaxşı münasibətlərə malik olduğu qeyd edilib: “Ərdoğan Ukraynaya hücum xarakterli “Baykar” İHA satmağa davam edərkən rus oliqarxlarının yaxtaları Türkiyə limanlarında lövbər salır və Rusiya qazı Türkiyəyə axmağa davam edir”.

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 47 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 47 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 47 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 47 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 47 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 47 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 47 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 47 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 47 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 47 baxış
Seçilmişlər
icon