Pleyeri seçin:
Türkiyənin Kocaeli şəhərində dəhşətli partlayış
Türkiyənin Kocaeli vilayətinin Derince rayonunda liman ərazisində yerləşən kənd təsərrüfatı məhsulları anbarında güclü partlayış baş verib.
Partlayış nəticəsində dağıntılar altında işçilərin qaldığı bildirilir. İlkin məlumata görə, 4 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyi, polis və tibb briqadaları cəlb edilib.
Digər tərəfdən, partlayışın şiddətinin yaratdığı təzyiq nəticəsində Derincedə bəzi binalarda mənzillərin pəncərə şüşələrinin partladığı bildirilib.
Partlayışdan sonra başlayan yanğını söndürmək üçün qrupların başlatdığı işlər davam edir.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
