“Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq” | Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla müəyyən məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib.
O, tərəflər arasında zaman-zaman fikir ayrılığı yarandığını qeyd edib.
“Bəli, aramızda vaxtaşırı fikir ayrılıqları olub. O, ABŞ prezidentidir və ABŞ üçün ən doğru hesab etdiyi qərarları verir. Mən isə İsrailin Baş naziri kimi ölkəm üçün vacib və faydalı olan addımları atıram. Əksər hallarda ABŞ və İsrailin maraqları üst-üstə düşür. Əsas məsələlərdə mövqelərimiz eynidir. Bəzən fikir ayrılığı olsa da, biz əsl müttəfiqlərik”, – deyə Baş nazir vurğulayıb.
Bundan başqa Netanyahu Yaxın Şərqdəki bəzi mövzualara da toxunub. Onun sözlərinə görə, Türkiyəyə ABŞ istehsalı olan F-35 beşinci nəsil qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq.
“Düşünürəm ki, Türkiyənin aqressiv niyyətləri var. Bu səbəbdən F-35 qırıcılarının ona verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq”, – deyə İsrailin Baş naziri bidirib.
#Benyamin Netanyahu teqi istifadə olunub
- Tehran, Vaşinqton və Təl-Əviv qarşı-qarşıya: Danışıqlar, yoxsa müharibə? - Baku TV
- Tramp İsraildə keçiriləcək seçkilərdə Netanyahuya dəstəyini açıq şəkildə ifadə edib - Baku TV
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
- Nobel mükafatı ətrafında yeni qalmaqal | Tramp və Netanyahunun narazılığının səbəbi nədir? - Baku TV
- İsrailin Baş naziri İrana qarşı əməliyyatları hazırda əlverişli hesab etmədi - Baku TV CANLI
