Pleyeri seçin:

Ukrayna Ali Radasında gərginlik | Poroşenko özündən çıxdı, deputatlar isə...

13 fevral 2025 362 baxış

Ukraynanın keçmiş prezidenti, “Avropa Həmrəyliyi” partiyasının sədri, deputat Petro Poroşenkonun 6 ay müddətinə parlamentə girişinə qadağa qoyula bilər.

Belə bir təşəbbüslə Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” partiyasının deputatları çıxış edib. Təklif hakim partiyanın parlamentdə fraksiya rəhbəri David Araxamiya tərəfindən irəli sürülüb. Müvafiq komitə artıq təşəbbüsü təsdiqləyib və məsələni plenar iclasa yekun qərara yönləndirib. Buna etiraz edən “Avropa Həmrəyliyi” partiyasının deputatları təklifi antidemokratik adlandıraraq D.Araxamiyanı sərt tənqid ediblər.

Petro Poroşenko isə hakimiyyəti Ukraynada demokratiyanı məhv etməkdə günahlandırıb.

“İki həftədir ki, Kremlin “xidmətçiləri” Ukrayna parlamentində hakim partiya adı altında və beşinci kolonun üzvlərinin birgə səyi ilə məni 6 aylıq Ali Radanın iclasından məhrum etmək istəyirlər. Komitə iclasında birgə səsvermə ilə artıq bunu təsdiq də ediblər. Kimlərinsə göstərişi ilə məni Ukrayna Ali Radasından – xalqın tribunasında məhrum etməyi düşünür, parlament iclaslarında iştirakdan kənarlaşdırmağa çalışırlar. Mən də Avropa Həmrəyliyi partiyası olaraq, sizin hər biriniz kimi xalq tərəfindən seçilmişəm və gələcək taleyimizi yalnız xalq müəyyən etməlidir, hansısa deputatların qərarı yox. Hörmətli hakimiyyət, siz müxalifətə hücum etməklə ölkəni, müharibə vaxtı ordunu ruhdan salırsınız.

Siz artıq düşməni məğlub etmisiniz, qalıb müxalifət? Siz artıq müxalifəti, demokratiyanı məhv etmək qabiliyyətinə sahiblənibsiniz? Ötən həftə Brüssel və Vaşinqtonda sizə deyilənlərə qulaq asın – müharibə zamanı məhdudiyyətləri azaldın, müxalifəti danışıqlar prosesinə cəlb edin.

Siz müxalifətin qarşısını kəsməyi, dövlətin xarici siyasətini cəmi 5 idarəçi ilə formalaşdırmağı, müdafiəni, beynəlxalq siyasəti dağıtmağı planlaşdırırsınız. Bu, mənə genişmiqyaslı müharibəyə qədər olan günləri xatırladır. Siz – hakimiyyət dərslərdən nəticə çıxarmırsınız”, – Petro Poroşenko bildirib.

Ardınca Petro Poroşenkonun rəhbərlik etdiyi “Avropa Həmrəyliyi” partiyasından deputatlar hakim “Xalqın xidmətçisi” fraksiyasının parlamentdə fraksiya rəhbəri deputat David Araxamiyaya qarşı məhdudiyyətlər tələb ediblər. Onlar D.Araxamiyanı qeyri-adekvat davranışlarda ittiham edərək, Ali Rada rəhbərliyindən 6 ay müddətinə onun parlamentə girişinə məhdudiyyət qoymağı tələb ediblər. Lakin parlament rəhbərliyi müxalif deputatların təşəbbüsünü dəstəkləməyib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 362 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 362 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 362 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 362 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 362 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 362 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 362 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 362 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 362 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 362 baxış
Seçilmişlər
icon