Ukrayna Prezidentinin təyyarəsini İrlandiyada naməlum dronlar izləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Dublin Hava Limanına eniş etməzdən əvvəl dörd hərbi tipli dron tərəfindən izlənilib.
Bu barədə İrlandiyanın "The Journal" nəşri mənbələrə istinadən xəbər yayıb.
Hadisə 1 dekabrda Zelenskinin İrlandiyaya səfəri zamanı baş verib. Mənbələr jurnalistlərə bildiriblər ki, dörd naməlum dron uçuş qadağasını pozub və Dublin Hava Limanına gedən Ukrayna Prezidentinin təyyarəsi ilə eyni trayektoriyanı izləyib.
Dronların Dublinin şimal-şərqindən havaya qalxdığı deyilir. Hazırda hava aparatlarının qurudan, yoxsa aşkarlanmamış gəmidən gəldiyi məlum deyil.
"The Journal" əlavə edib ki, bu dronlar daha sonra Zelenskinin səfərindən bir az əvvəl İrlandiya dənizində gizli şəkildə yerləşdirilən İrlandiya Hərbi Dəniz Qüvvələrinin "LÉ William Butler Yeats" gəmisinin ətrafında dövrə vurub.
Mənbələr jurnalistlərə bildiriblər ki, yerli hüquq-mühafizə orqanları artıq araşdırma aparır.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI
- "Rusiyanın daha uzaq bölgələrinə zərbələr endiriləcək" | Volodimir Zelenski
- Kiyevin sarsıdıcı zərbə planı | Zelenski xəbərdarlıq etdi - Baku TV CANLI
- Zelenski Rusiyanın hücumuna cavab olaraq uzaqmənzilli zərbələri sürətləndirməyə davam edəcəyini bildirib
- Zelenski ilə bağlı toplanan materialların aqibəti nə olacaq? - Baku TV CANLI
