Dünya
Pleyeri seçin:

Ukrayna Vardanyanı niyə axtarır?

18 iyun 2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə Moskvanın xüsusi missiyası ilə göndərdiyi erməni əsilli iş adamı Ruben Vardanyan barəsində Ukraynada axtarış elan olunub.

Bildirilib ki, sanksiyalara məruz qalan şəxslər siyahısına daxil edilmiş Ruben Vardanyan dərhal saxlanılaraq Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Ukraynalı ekspert Aleksandr Kovalenkonun sözlərinə görə, R.Vardanyan Ukraynanın sanksiyalar siyahısına 2022-ci ilin oktyabr ayında daxil edilib.

“Sözügedən xəbər Ukraynanın “Sülhməramlılar Mərkəzi” tərəfindən həmin şəxsin ölkənin milli təhlükəsizliyinə, sülhə, insan təhlükəsizliyinə və beynəlxalq asayişə qarşı qəsdən hərəkətlər törətməsi, habelə digər qanun pozuntularına yol verməsi barədə hüquq-mühafizə orqanlarına ünvanlanan müraciətdən ibarətdir. Ruben Vardanyan Kremlin adamıdır və Azərbaycanın Qarabağ ərazisində daim münaqişənin qızışdırılması ilə birbaşa əlaqəsi olan şəxsdir. O, eynilə nasist yanaşmasını Ukraynaya qarşı da nümayiş etdirir.

Bundan başqa, R.Vardanyan İranla da sıx əlaqədədir, İran isə Rusiyaya kamikadze dronları verir. O, Qarabağda və kənarda fəaliyyət göstərən hərbi cinayətkardır. İnterpola müraciət ediləcəyi təqdirdə onun beynəlxalq axtarışa verilməsi də istisna deyil”, – deyə ukraynalı ekspert bildirib.

Qeyd edək ki, R.Vardanyanın Qarabağdakı separatçı rejimə başçılıq etdiyi bildirilir.

Rusiya MN nüvə təlimlərindən görüntülər yaydı

Rusiya MN nüvə təlimlərindən görüntülər yaydı

Dünya
21 may 2024
Rəisi və digər rəsmilərin cənazəsi Qum şəhərinə gətirildi

Rəisi və digər rəsmilərin cənazəsi Qum şəhərinə gətirildi

Dünya
21 may 2024
Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək? - Politoloqdan açıqlama

Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək? - Politoloqdan açıqlama

Dünya
21 may 2024
Sinqapura uçan təyyarə hava boşluğuna düşdü | Ölən və yaralananlar var

Sinqapura uçan təyyarə hava boşluğuna düşdü | Ölən və yaralananlar var

Dünya
21 may 2024
Selçuk Bayraktardan "Akıncı" açıqlaması

Selçuk Bayraktardan "Akıncı" açıqlaması

Dünya
21 may 2024
Ermənistandan Rusiyaya sərt tənqid | Kreml İrəvana silah göndərmir

Ermənistandan Rusiyaya sərt tənqid | Kreml İrəvana silah göndərmir

Dünya
21 may 2024
Simonyan keşişi tənqid etdi | "İncil"in ziddinə gedir…

Simonyan keşişi tənqid etdi | "İncil"in ziddinə gedir…

Dünya
21 may 2024
Gürcüstan geri addım atarsa, ABŞ hansı təklif paketini təqdim edəcək?

Gürcüstan geri addım atarsa, ABŞ hansı təklif paketini təqdim edəcək?

Dünya
21 may 2024
Helikopter qəzasında ölən İran rəsmilərinin cənazəsi Tehrana gətirildi

Helikopter qəzasında ölən İran rəsmilərinin cənazəsi Tehrana gətirildi

Dünya
21 may 2024
Liderlərin faciəvi ölümü | Bəziləri möcüzə ilə xilas oldu, bəziləri isə...

Liderlərin faciəvi ölümü | Bəziləri möcüzə ilə xilas oldu, bəziləri isə...

Dünya
21 may 2024
Seçilmişlər
icon