Ukrayna və ABŞ arasında vacib saziş imzalandı | Sensasiyalı detallar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıb.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək.
Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib. O, bu barədə “Facebook”dakı səhifəsində paylaşım edib.
Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50%-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaq.
Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur.
#ABŞ teqi istifadə olunub
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Dünya iki böhranın təsiri altında: yeni geosiyasi tarazlıq necə formalaşır? - AKTUAL GÜNDƏM
- Vaşinqton və Tehran arasında hərbi gərginlik yenidən alovlanacaq? - Baku TV CANLI
- Los-Ancelesdə kosmik gəmi üçün unikal sərgi kompleksi hazırlanıb
- Rəqabət güclənir: ABŞ, Yaponiya və Cənubi Koreya Çinə qarşı birləşir? - Baku TV CANLI
