Pleyeri seçin:

Ukraynada bu ərazilər məhv ediləcək | ABŞ-nin icazəsinə Cabarovdan sərt reaksiya

18 noyabr 2024 462 baxış

“ABŞ-nin Kiyevə Rusiyanın dərinliklərinə raket zərbələri endirməyə icazə verməsi Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olacaq görünməmiş addımdır və amerikalılar bunu iki aydan sonra artıq heç nəyə cavabdeh olmayacaq qocanın əli ilə edirlər”.

Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“Ümid edirəm ki, bizim hava hücumundan müdafiə sistemimiz bu cür hücumların öhdəsindən gələcək. Cavab zərbəsi elə olacaq ki, Ukraynadakı bütün qərar qəbuletmə mərkəzləri, Dnepr üzərindən keçən bütün körpülər məhv ediləcək. Zərbə dəhşətli ola bilər”, – o bildirib.

V.Cabarovun sözlərinə görə, gedən demokratların belə çirkin təxribat törətməsi əbəsdir: “Tramp üçün azad hərəkət imkanını azaldırlar. Tramp sülhdən danışır, onun ətrafı müharibəni dayandırmağın lazım olduğunu deyir. Hətta Şolts prezidentimizə zəng vurdu, bəzi müsbət hərəkətlər başladı…”.

Buna baxmayaraq, senator ABŞ Prezidenti Co Bayden administrasiyasının bu barədə qərarının saxta ola biləcəyini də istisna etməyib: “Hələlik biz bu məlumatı ehtiyatla qəbul etməliyik, çünki nə Pentaqon, nə də Ağ Ev bu məlumatı rəsmi olaraq təsdiqləyib”.

Qeyd edək ki, “Nyu York Tayms” Baydenin Ukraynaya ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verdiyi haqda məlumat yayıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 462 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 462 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 462 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 462 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 462 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 462 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 462 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 462 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 462 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 462 baxış
Seçilmişlər
icon