Ukraynalı deputat Zelenskinin Zalujnı ilə bağlı planından danışdı
Ukraynanın “Avropa Həmrəyliyi” partiyasından olan deputatı Vladimir Aryev Prezident Volodimir Zelenskinin Valeri Zalujnının Britaniyaya səfir təyin edilməsi ilə razılığını siyasi oyun kimi dəyərləndirib.
Deputat razılığın hələ təyinat anlamına gəlmədiyini bildirib. Onun sözlərinə görə, bu, sadəcə prosedurun başlanğıcıdır və hələ ki təyinatla bağlı prezidentin sərəncamı yoxdur.
V.Aryev qeyd edib ki, adətən prosedurun başlanması heç vaxt elan olunmur: "Buna görə də bu hekayə diplomatiya haqqında deyil, siyasət və siyasi rəqibin aradan qaldırılması texnikası haqqındadır".
Qeyd edək ki, ötən gün Volodimir Zelenskinin ordunun sabiq baş komandanı Valeri Zalujnını Britaniyaya səfir göndərməyə razılaşdığı, artıq Londona aqreman üçün sorğu göndərildiyi haqda məlumat yayılıb.