Ukraynalı nazir aradan çıxdı, yoxsa...? - Avstriya səfərində şübhəli məqamlar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın milli birlik naziri Aleksey Çernışev rəsmi səfər üçün getdiyi Avstriyadan geri dönməyib.
Bu barədə tanınmış jurnalist, “Ukrainska Pravda” qəzetinin araşdırmalar şöbəsinin rəhbəri Mixail Tkaç özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
M.Tkaç yazır ki, hüquq-mühafizə orqanlarındakı mənbələrə əsasən, A.Çernışevin Ukrayna sərhədini geri keçdiyinə dair heç bir qeyd yoxdur. Bu onun ölkəni birtərəfli biletlə tərk etdiyi ehtimallarını gücləndirib.
Jurnalist xatırladır ki, bu hadisə Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun aparmaqda olduğu istintaqlar fonunda baş verir.
Məlumata görə, daha əvvəl Ukrayna Baş nazirinin müavinlərindən birinə yaxın iki şəxs həbs olunub. Onlardan biri ölkədən qaçmaq istərkən saxlanılıb. Aleksey Çernışevə isə bu zaman rəsmi şübhələr irəli sürülmüş, lakin o həmin an xaricdə olub.
M.Tkaç əlavə edir ki, A.Çernışev Ukrayna rəhbərliyi ilə sıx əlaqələrə malikdir. O, Prezident Volodimir Zelenskinin və Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın iştirakı ilə keçirilən qapalı tədbirlərdə dəfələrlə iştirak edib.
Jurnalist bu hadisənin fonunda baş vermiş daha bir diqqətçəkən detalı da qeyd edir ‒ Ukraynanın yeni baş prokuroru Ruslan Kravçenkonun qəfil təyin olunması. M.Tkaçın fikrincə, bu dəyişikliklər A.Çernışev ətrafında davam edən istintaqa birbaşa təsir edə bilər.
#Ukrayna teqi istifadə olunub
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
- Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - Baku TV
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
