Pleyeri seçin:

Ukraynanı silkələyən hadisə | Zelenskinin “sağ əli” barədə qalmaqalın detalları üzə çıxdı

28 noyabr 2025 523 baxış

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın evində axtarışlar aparılıb. Axtarış antikorrupsiya orqanları tərəfindən həyata keçirilib.

Buna səbəb “Enerqoatom” şirkətində 100 milyon dollarlıq korrupsiya ilə əlaqədar başladılan istintaqdır.

“Ukraynanın Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Prezident Ofisinin rəhbərinə aid yerlərdə axtarış aparır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ədliyyə və energetika nazirlərinin istefasını parlamentdən xahiş edəndə deputatlar onun Ofisinin rəhbəri olan Yermakın işdən azad olunmasını tələb ediblər. Bu tələbə müşahidəçi orqanlar da qoşulub. Çünki 100 milyonluq korrupsiya qalmaqalında Zelenskinin ən yaxın adamlarından olan Andrey Yermakın da adı hallanıb. Axtarışın nəticələri isə dekabrın əvvəlində açıqlana bilər.

Xatırladaq ki, Zelenskinin 2019-cu il seçkilərində qalib gəlməsindən sonra Yermak onun sağ əli olub və Kiyevdə Prezidentdən sonra ikinci ən nüfuzlu şəxs sayılıb. Ukraynanın Qərb müttəfiqləri ilə danışıqları da onun vasitəçiliyi ilə aparılır.

Qeyd edək ki, yay aylarında Zelenskinin Administrasiyası Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun sərbəst fəaliyyətini dayandırıb bu qurumları Baş Prokurorluğun tərkibinə qatmağa çalışırdı. Bu isə etirazlara səbəb oldu. 

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Dünya
23 sentyabr 2026 523 baxış
Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Dünya
23 sentyabr 2026 523 baxış
ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

Dünya
23 sentyabr 2026 523 baxış
Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 523 baxış
Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 523 baxış
Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 523 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 523 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 523 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 523 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 523 baxış
Seçilmişlər
icon