Ukraynanın paytaxtı Kiyevdə etiraz aksiyalarına başlanıldı
Ukraynanın paytaxtı Kiyevdə etiraz aksiyalarına başlanılıb.
Etirazçılar müharibə müddətində əsir və itkin düşən hərbçilərin geri qaytarılmasını tələb edirlər.
İyunun 9-u səhər saatlarından başlayan mitinq şəhərin bir neçə mərkəzi küçəsini əhatə edib. Aksiyaya polis qüvvələri cəlb olunsa da, insident qeydə alınmayıb.
Aksiyaçılar paytaxt Kiyevdə metronun Lukyanovka stansiyası ətrafında küçələri bir müddət bağlı saxlayıblar. Onlar bunu mütəmadi olaraq təkrarlayacaqlarını bildiriblər.
“Qardaşım 2022-ci il mayın 16-da Mariupolda əsir düşüb. Hələ də onun və minlərlə digər hərbçilərimizin taleyi ilə maraqlanan yoxdur. Bizim hökumət onlar üçün nəsə etmək istəyir, amma bu, kifayət deyil. Problem odur ki, doğmalarımız hərbi əsirlikdədir və onlar azad olunmalıdırlar. Hazırda sanki pis ssenari üzrə film gedir”, – mitinq təşkilatçısı Ruslan Oleynik deyib.