Ürəyi bir müddət dayanan kişinin axirətdə gördükləri heyrətə gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Nottinqem şəhərində Deyv Sinqleton adlı kişinin kliniki ölüm zamanı gördükləri maraq doğurub.
Onun sözlərinə görə, ürəyi 8 dəqiqəlik dayanıb və bu müddət ərzində axirət dünyasına gedib.
“Gözəl bir bağda gün işığı altında oturmuşdum. Arxamdakı hündür çəpərin o tərəfindən səslər, gülüşlər eşidirdim. Ailəmin və dostlarımın orada olduğunu bilirdim. Onlara qoşulmaq üçün sadəcə çəpərin o tayına keçmək lazım idi. Lakin mən olduğum yerdə qaldım, çünki çox rahat idim. Uzaqda tarlaların arasında görünən təpələrin mənzərəsi möhtəşəm idi. Mən çox sakit, dinc və gözəl bir yerdə idim. Xoşbəxt və məmnun idim”, ‒ deyə britaniyalı bildirib.
D.Sinqleton 8 dəqiqə sonra həkimlərin onu həyata qaytardığını, həmin gözəl yerdən ayrıldığını əlavə edib. Bu hadisədən sonra D.Sinqleton kardiostimulyatorla təchiz edilib və həyatına bu cihazla davam edir.
#Böyük Britaniya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
