Uşaq və yeniyetmələrə qarşı fırıldaqçılığın qarşısı alınacaq
"Roblox" populyar oyun platforması uşaqlar və yeniyetmələr üçün yeni hesab növlərinin tətbiqini elan edib.
Şirkətin rəsmi saytından verilən xəbər görə, "Roblox Kids" və "Roblox Select" adlı hesablar istifadəyə veriləcək. Hesablardan birincisi 5-8 yaş, ikincisi isə 9-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Yeni sistem iyunun əvvəlində işə düşəcək və yaş yoxlaması, standart təhlükəsizlik tənzimləmələri, kontent reytinqləri, daimi moderasiya və genişləndirilmiş valideyn nəzarətini birləşdirəcək.
"Roblox Kids" sadələşdirilmiş interfeysə malikdir, çat funksiyası yoxdur və yalnız məhdud sayda oyunlara giriş imkanı verir. "Roblox Select" isə məhdud çat və daha geniş, lakin yenə də filtrdən keçmiş kontent təqdim edir.
Şirkət bildirir ki, bu dəyişikliklər uşaqlar və yeniyetmələr üçün fırıldaqçılıq və təcavüz risklərini azaltmağa yönəlib. Yaş yoxlamasından keçməyən istifadəçilər avtomatik olaraq məhdud imkanlara malik "Roblox Kids" hesablarına yönləndiriləcəklər.
