Pleyeri seçin:

Vaşinqtonu qarışdıran məhkəmə qərarı | Prezidentin hansı qərarı ləğv edildi? - Baku TV

01 iyul 2026 391 baxış

ABŞ Ali Məhkəməsi iyunun 30-da doğum yerinə əsaslanan vətəndaşlıq hüququnun ləğv edilməsindən imtina edib və ABŞ Prezidenti Donald Trampın doğum yerinə görə ABŞ vətəndaşlığının verilməsinin faktiki olaraq dayandırılmasını nəzərdə tutan fərmanını Konstitusiyaya zidd hesab edib.

ABŞ Ali Məhkəməsinin rəsmi internet saytında iyunun 30-da dərc olunan qərara əsasən, məhkəmə ABŞ ərazisində doğulan qeyri-qanuni miqrantların və ölkədə müvəqqəti yaşayan şəxslərin uşaqlarının ABŞ vətəndaşlığı almaq hüququnu təsdiqləyib.

Ali Məhkəmənin sədri Con Roberts həm mühafizəkar, həm də liberal hakimlərin daxil olduğu çoxluğun adından qərarı yazıb. Donald Trampın fərmanının qüvvədən düşməsinin lehinə altı hakim səs verib. Üç hakim isə qərara etiraz edib.

"Vətəndaşlıq həm keçmişdə, həm də bu gün hüquqlara sahib olmaq, siyasi həyatımızda sərbəst iştirak etmək imkanı deməkdir. ABŞ Konstitusiyasına On dördüncü düzəlişin müəllifləri bu hüququ "bu ölkədə azad doğulan hər bir insana" şamil ediblər. Biz bu vədi bu gün də yerinə yetiririk", – deyə Con Roberts məhkəmə adından bildirib.

Donald Tramp isə Ali Məhkəmənin doğum hüququ əsasında vətəndaşlığın məhdudlaşdırılması ilə bağlı fərmanını etibarsız saymasını "Çinin qələbəsi" adlandırıb. O bu barədə "Truth Social" hesabında yazıb.

"Doğum hüququ əsasında vətəndaşlıq məsələsində əldə olunan möhtəşəm qələbə münasibətilə Çin Sədri Si Cinpini və böyük Çin xalqını təbrik etmək istəyirəm", – deyə Tramp yazıb.

Başqa bir paylaşımında isə Tramp Ali Məhkəmənin qərarından məyus olduğunu bildirib və Konqresi qanun layihəsi vasitəsilə bu normanı ləğv etməyə çağırıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 391 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 391 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 391 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 391 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 391 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 391 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 391 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 391 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 391 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 391 baxış
Seçilmişlər
icon