Pleyeri seçin:
Vəzifəsindən azad edilən Ukrayna müdafiə naziri Reznikov alqışlarla yola salındı
Ukrayna Ali Radası Oleksey Reznikovun müdafiə naziri vəzifəsindən istefasının lehinə səs verib.
Bu barədə deputat Yaroslav Jeleznyak bildirib. Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyində ərzaq məhslullarının baha qiymətə satın alınması kimi pozuntularla bağlı qalmaqaldan sonra Reznikovun istefası haqqında söz-söhbət çoxdan dolaşırdı.
Bildirilib ki, parlamentin iclasında iştirak edən 365 deputatdan 327-si onun istefasının lehinə, 4-ü əleyhinə səs verib, 11 deputat bitərəf qalıb, 23-ü isə səsvermədə iştirak etməyib.
Qeyd edək ki, keçmiş müdafiə naziri alqışlarla yola salınıb.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını bərpa edib - Baku TV
- Qərbin Ukraynaya qoşun göndərmək planı regionda gərginliyi daha da artıracaq? - Baku TV
