Vəziyyət niyə mürəkkəbləşib? | Çətin vəziyyətdəki qaçqınlar ağır təhlükə ilə üz-üzə
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı maliyyə ehtiyatlarının kəskin çatışmazlığı səbəbindən qaçqınların Çad və Cənubi Sudanda sərhəd bölgələrindən daha təhlükəsiz bölgələrə köçürülməsi əməliyyatlarının dayandırıldığını elan edib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd olunub ki, qaçqınların yerləşdiyi bir çox ərazilər əlçatan olmadığı üçün onlara lazım olan yardımın göstərilməsi prosesi mürəkkəbləşib.
Humanitar proqramların maliyyələşdirilməsinin azaldılması bu il 11,6 milyon qaçqının və məcburi köçkünün birbaşa humanitar yardım almaq imkanlarını itirməsi ilə nəticələnə bilər. Bu, keçən il BMT-dən yardım alanların ümumi sayının təxminən üçdə biri deməkdir.
2025-ci ildə BMT tərəfindən həyata keçirilən əsas yardım proqramlarının həcmi artıq 1,4 milyard dollar azaldılıb. Cari il üçün ümumi maliyyə ehtiyacları 10,6 milyard dollar həcmində qiymətləndirilir. Lakin tələb olunan məbləğin cəmi 23 faizi toplanıb.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- ABŞ-nin təzyiqlərinə İran nə qədər tab gətirə biləcək? | Böyük Qayıdış davam edir - YENİ BİR SƏHƏR
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
