Pleyeri seçin:

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

18 may 2024 251 baxış

Məşhur cizgi filmi qəhrəmanı “Şrek”in real prototipi var. Rəssam Uilyam Steyq “Şrek”i məhz fransız restleri Moris Tiyeyə bənzədib. Əksər insanlardan zahiri fərqlərinə baxmayaraq, qeyri-adi restler Moris Tiye də “Şrek” kimi həyatının sonuna qədər ürəyini saf və mehriban saxlaya bilib.

Moris 23 oktyabr 1903-cü ildə Rusiyada fransız mühacir ailəsində anadan olub. Atası rabitə mühəndisi, anası isə fransız dili müəllimi idi. Gözəl görünüşü ilə digər uşaqlar arasında seçildiyi üçün ona “mələk” deyirlər.

Atasını erkən itirən və 1917-ci ildə inqilabdan qaçan Moris anası ilə Fransaya qayıtmalı olur. O vaxtdan bəri 14 yaşlı Morisin xarici görünüşündə dəyişikliklər başlayır.

17 yaşında gəncin kəllə sümüyü, qolları və ayaqları deformasiyaya uğrayır. 2 ildən sonra həkimlər Morisdə akromeqaliya xəstəliyi aşkar edirlər. Zaman keçdikcə Morisin mələk sifətindən əsər-əlamət belə qalmır. Onun boyu 175 sm, çəkisi isə 122 kq olur.

Moris şahmat oyununu mükəmməl bilir, 5 dildə sərbəst danışırdı. Deyilənə görə, ömrünün sonunadək Tiye 12 dil öyrənibmiş. Hüquq fakültəsinə daxil olan Tiye xəstəliyinin kəskinləşməsi səbəbindən təhsilini yarımçıq qoymağa məcbur olur.

5 il döyüş gəmisində mühəndis işlədikdən sonra Moris özünü kinoda sınamaq qərarına gəlir və bir neçə filmdə kiçik rollar alır. Burada peşəkar yüksəliş olmadığı üçün o, kinostudiyada mühafizəçi kimi işləyir.

1937-ci ildə Moris litvaəsilli peşəkar restler Karl Pojello ilə tanış olur və o, Morisə ABŞ-yə köçüb restlinqlə məşğul olmağı şiddətlə tövsiyə edir. Bu sahədə Morisin bəxti üzünə gülür. Restlinqlə məşğul olmaq ona 20 il ərzində çempion adını qazandırır.

Restlinq üzrə ikiqat dünya çempionu adına layiq görülən Moris uşaqlıqda ona verilən “mələk” sözünü özünə ləqəb götürür. “Fransız mələyi” ləqəbi ilə tanınan Morisin davamçıları, başqa restlerlər də özlərinə mənsub olduqları ölkələrin mələkləri deyirlər.

Təqribən 1945-ci ildə Tiyenin xəstəliyinin fəsadları ağırlaşmağa başlayır. Görmə qabiliyyəti zəifləyir, şiddətli miqrendən əziyyət çəkir. 1953-cü ildə rinqdə sonuncu döyüşünü keçirib Bert Assiratiyə məğlub olur.

Tiyenin xəstəliyinin ağırlaşdığı zaman yaxın dostu və promouteri Pojellonun ağ ciyərində xərçəng xəstəliyi aşkar olunur. 1954-cü il sentyabr ayının 4-də onun ölüm xəbərini alan Moris Tiye ürəktutması keçirir və dostundan bir neçə saat sonra vəfat edir. 

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 251 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 251 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 251 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 251 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 251 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 251 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 251 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 251 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 251 baxış
Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib

Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib

Dünya
21 dekabr 2025 251 baxış
Seçilmişlər
icon