Dünya
Pleyeri seçin:
Yaşayış evinə silahlı hücum | Ölənlər və yaralananlar var
ABŞ-nin Kentukki ştatının şimalındakı Florensiyada yaşayış evində baş verən atışma nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb.
Polisin məlumatına görə, hücum edən şəxs yeddi nəfəri güllələyib. Onlardan dördü yerindəcə ölüb, daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Cinayətkar qaçmağa çalışsa da, təqib nəticəsində avtomobili yoldan çıxaraq çuxura düşüb. O özünə xəsarət yetirib və xəstəxanaya göndərilib, daha sonra isə orada ölüb. Digər təfərrüat açıqlanmayıb.
Kopyalandı
Seçilmişlər