Pleyeri seçin:

“Yaşlanmanın qarşısını alan universal dərman yoxdur” | Həkim

06 iyul 2026 285 baxış

İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. Bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib.

Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqan və sistemlərin funksional vəziyyəti ilə həmişə üst-üstə düşmür.

Kolışev bildirib ki, insan orqanizmində ən tez qocalan orqan immun hüceyrələrinin formalaşmasında mühüm rol oynayan timus vəzidir. Təxminən 21 yaşından etibarən bu vəz tədricən yağ toxuması ilə əvəz olunur və zaman keçdikcə funksiyasını itirməyə başlayır.

Onun sözlərinə görə, piy toxuması, qan damarları, ürək-damar sistemi hüceyrələri, sümük iliyi və bağırsaqlar da digər orqan və toxumalarla müqayisədə daha sürətlə qocalır.

Həkim bunu orqanizmin çox yüklənməsi, hüceyrələrin intensiv yenilənməsi və maddələr mübadiləsinin xüsusiyyətləri ilə izah edib.

Eyni zamanda, kompensasiya mexanizmləri sayəsində beyin və qaraciyərdə yaşlanma prosesi daha yavaş gedə bilər. Ağır yüklənmələrə baxmayaraq, qaraciyər yüksək bərpa və təmizlənmə qabiliyyətini uzun müddət qoruyub saxlayır.

Onkoloq əlavə edib ki, orqanizmdə ən gec qocalan toxuma isə sümük toxumasıdır.

Mütəxəssis qocalmanın qarşısını tam alan universal dərmanın olmadığını da vurğulayıb. Onun sözlərinə görə, sağlam həyat tərzi bu baxımdan həlledici rol oynayır.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 285 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 285 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 285 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 285 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 285 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 285 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 285 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 285 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 285 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 285 baxış
Seçilmişlər
icon