Yaxın Şərqdəki gərginliyin turizmə təsirləri
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərq regionda hava məkanlarının bağlanması, təxirə salınan uçuşlar və İrandakı mövcud gərginlik səbəbindən yaranan sərnişin təşvişi turizm sektoruna hər gün 600 milyon dollar həcmində ziyan vurur.
Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Ümumdünya Səyahət və Turizm Şurasının rəhbəri Qloriya Gevara vurğulayıb ki, hətta ən qısa fasilələr belə bölgənin turizm obyektləri və şirkətləri üçün ciddi iqtisadi itkilərlə nəticələnə bilər.
Mütəxəssislərin proqnozlarına əsasən, 2026-cı ildə əcnəbi ziyarətçilərin Yaxın Şərq ölkələrində xərcləyəcəyi vəsaitin miqdarı təqribən 207 milyard dollar təşkil edəcək. Bu göstərici ötən illərin nəticələri ilə müqayisədə xeyli azalma ehtimalını ifadə edir.
Həmçinin qeyd olunur ki, əvvəllər bölgədəki hərbi münaqişələrdən sonra turizm hərəkətliliyi bir neçə dəfə yenidən canlanıb.
Hotel sektoru üzrə təhlillər aparan "CoStar" şirkətinin hesabatına görə, 2025-ci ilin sentyabrında Dohaya edilən hava hücumundan sonra gəlirlərdə birhəftəlik kəskin geriləmə müşahidə olunsa da, cəmi bir ay ərzində vəziyyət əvvəlki normasına qayıdaraq bərpa edilib.
#Yaxın Şərq teqi istifadə olunub
- Ağ Evdə daxili ziddiyyət: ara seçkilərin nəticələri və artan narazılıq Trampın əlini bağlayır?
- Yaxın Şərqdə qarşıdurma yeni və təhlükəli mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Yaxın Şərqdə hərbi qarşıdurmanın taleyi ilə bağlı Vaşinqtondan diqqətçəkən siqnal - Baku TV CANLI
- “Bu, misli görünməmiş haldır” | Yaxın Şərqin iqtisadi ziyanı nə qədərdir? - Baku TV
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
