Yeni alyans regional təhlükəsizlik üçün hərbi güclərini birləşdirməyə hazırlaşır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Birgə Müdafiə üçün Məkkə Sazişi çərçivəsində yaradılan ittifaqın əsas məqsədi üzv ölkələrin hərbi və müdafiə sənayesi imkanlarını birləşdirərək daha böyük güc formalaşdırmaq, sülhə və sabitliyə töhfə verməkdir.
Nazir bu fikirləri İslamabadda Məkkə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci növbəti iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Hakan Fidan qeyd edib ki, ittifaqın mülki qərargahı olacaq baş katibliyin və hərbi qərargah funksiyasını yerinə yetirəcək birgə hərbi komandanlığın yaradılması ilə bağlı prinsipial qərarlar qəbul edilib. Komitə bir sıra qərarları təsdiqləyib, bəzi məsələlərin müzakirəsi isə növbəti iclasa saxlanılıb. Nazir növbəti komitə iclasına Türkiyənin ev sahibliyi edəcəyini açıqlayıb. O, gündəlikdə katibliyin strukturu, birgə əməliyyatlar, qüvvələrin ayrılması, təlim, planlaşdırma, təşkilatlanma və beynəlxalq əlaqələr kimi məsələlərin olduğunu bildirib.
Hakan Fidanın sözlərinə görə, iclasda regional problemlər də müzakirə edilib. Fars körfəzindəki vəziyyət, Səudiyyə Ərəbistanının husilərdən qaynaqlanan təhlükə ilə üzləşməsi, ABŞ və İran arasında aparılan danışıqların perspektivləri və onların müsbət nəticələnməsi üçün atıla biləcək addımlar nəzərdən keçirilib. Ukrayna məsələsi də müzakirə olunan mövzular arasında olub.
Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Məkkə İttifaqının yaradılması ilə bağlı təşəbbüsünün digər ölkə liderləri tərəfindən də dəstəkləndiyini bildirib. O, ittifaqa qoşulmaq istəyən digər ölkələrlə bağlı müzakirələr aparıldığını və bəzi prinsipial qərarların qəbul edildiyini qeyd edib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- "Bu, Türkiyə-Gürcüstan-Azərbaycan üçbucağına zərbə idi" | Batumidəki qalmaqal münasibətləri pozacaq?
- Futbol matçındakı polis müdaxiləsi diplomatik gərginliyə səbəb olub
- İsrailin Suriyaya qarşı mümkün addımı ilə bağlı xəbərdarlıq
- Ceyhun Bayramov Bakı və Ankara arasındakı əlaqələrdən danışdı - Baku TV
- Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar
