Pleyeri seçin:

Yeni vaksin neçə ştamın təsirindən qoruya bilər? | Qripə yoluxma sayı bu yolla azalacaq

15 may 2025 626 baxış

Amerikalı alimlər quşları, donuzları və hətta insanları yoluxduran təhlükəli A qripi ştammlarından qorumağa qadir olan “Epigraf” adlı innovativ peyvənd hazırlayıblar.

Tədqiqat “Nature Communications” elmi jurnalında dərc olunub.

Altı ay davam edən sınaqlar nəticəsində uzunmüddətli immun cavab müşahidə edilib ki, bu təsirin on ilədək davam edəcəyi proqnozlaşdırılır.

Yeni vaksinasiya strategiyası son yüz il ərzində yaranmış 6000-dən çox qrip ştammının kompüterləşdirilmiş analizinə əsaslanır.

Xüsusi olaraq hazırlanmış “Epigraf” adlı proqram təminatı virusun immun sistemi tərəfindən tanınan və reaksiya doğuran hissələri ‒ epitopları müəyyənləşdirib. Bu da daim mutasiyaya uğrayan ştammlara qarşı effektiv olan “universal” preparatın yaradılmasına imkan verib.

Donuzlar üzərində aparılan testlər göstərib ki, “Epigraf” peyvəndi 2009-cu ilin pandemik H1N1 daxil olmaqla, 12 müxtəlif ştamma qarşı qoruma təmin edir. Peyvəndin xüsusilə dəyərli cəhəti onun zoonoz, yəni heyvanlar və insanlar arasında yoluxmanı əngəlləyə bilmə qabiliyyətidir.

Tədqiqatçılar insanlar arasında ən geniş yayılmış H1 və H3 ştammlarına qarşı peyvəndin testlərini genişləndirməyi planlaşdırırlar. Uğurlu nəticələr illik vaksinasiya ehtiyacını aradan qaldıra və dünyada qripə yoluxma hallarını əhəmiyyətli dərəcədə azalda bilər.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 626 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 626 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 626 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 626 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 626 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 626 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 626 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 626 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 626 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 626 baxış
Seçilmişlər
icon