Yer üzünə iki “çirkli” fəsil əlavə olundu | Artıq dörd yox, altı fəsil var...
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq tədqiqatçılar Yer kürəsində insan fəaliyyəti nəticəsində iki yeni fəslin – tüstü mövsümü və zibil mövsümünün formalaşdığını açıqlayıblar. Bu mövsümlər artıq qlobal iqlim dövriyyəsinə daxil olub və hər il müşahidə olunur.
Bunu "Daily Mail" nəşri yazıb.
Alimlər bildirirlər ki, tüstü mövsümü hər il iyun-sentyabr aylarında Cənub-Şərqi Asiyanı əhatə edir. İndoneziya və Malayziyada kənd təsərrüfatı məqsədilə torf sahələrinin yandırılması nəticəsində yaranan tüstü Sinqapur, Tailand kimi qonşu ölkələrə yayılır. Bu, havanın keyfiyyətinin kəskin pisləşməsinə və tənəffüs xəstəliklərinin artmasına səbəb olur.
Bənzər hal qış aylarında Hindistanın şimalında da müşahidə olunur. Məhsul qalıqlarının yandırılması Divali bayramı ilə üst-üstə düşür.
ABŞ-də isə meşə yanğınlarının mövsümü yayla məhdudlaşmır. Artıq yazdan başlayaraq dekabradək davam edən yanğınlar ölkədə tüstü ilə müşayiət olunan uzunmüddətli iqlim dəyişikliyinə səbəb olur.
Zibil mövsümü isə Balidə dekabrdan martadək baş verir. Musson küləkləri və okean cərəyanları nəticəsində çimərliklərə minlərlə ton plastik tullantı çıxır. 2025-ci ildə yalnız bir mövsüm ərzində 3000 ton zibil toplanıb. Eyni hal Filippin, Tailand və ABŞ-nin şərq sahillərində də qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yeni mövsümlər ekosistemlərə və insan sağlamlığına ciddi təhdid yaradır.
#İqlim dəyişikliyi teqi istifadə olunub
- El-Nino qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola bilər
- 2060-cı ilə qədər buzlaqlar yox ola bilər
- Tədqiqatçılar iqlim dəyişikliyinin təbiət üçün kritik həddə çatmaq təhlükəsindən xəbərdarlıq edirlər
- Karbon qazı buğdada zülalı azaldaraq çörəyin keyfiyyətinə və həcminə birbaşa təsir edir
- Alimlər quraq torpaqların sahəsinin əsrin sonuna qədər genişlənəcəyini bildirirlər
