Pleyeri seçin:

Yerin mantiyasında tapılanlar başqa planetin qalıqlarıdır, yoxsa...?

05 fevral 2025 449 baxış

Beynəlxalq alimlər qrupu Yer mantiyasında iki sirli anomaliyanın tədqiqində irəliləyiş əldə edib.

Məlum olub ki, bu nəhəng strukturlar Yerin ən qədim materialının qalıqları ola bilər.

1980-ci illərdə seysmoloqlar Yerin mantiyasında Sakit Okean və Afrikanın altında iki nəhəng anomaliya aşkar ediblər. Aşağı sürət zonaları adlanan bu formasiyalar süxurlarda mexaniki titrəyişlərdən enerji daşıyan dalğaların keçidini ləngidir, onların yüksək temperaturunu göstərirdi.

Lakin alimlərin yeni araşdırması daha bir mühüm həqiqəti ortaya çıxarıb. Onlar 104 zəlzələdən əldə edilən məlumatlardan istifadə edərək seysmik dalğaların bu strukturlardan keçərkən necə enerji itirdiyini təhlil ediblər.

Məlum olub ki, onlarda enerji itkiləri minimaldır ki, bu da həmin ərazilərdəki mineralların kiçikliyindən xəbər verir.

“Bununla belə, anomaliyalarda biz bunun əksini görürük, yəni onların tərkibi ətrafdakı mantiyadan fərqlidir”, – Utrext Universitetindən tədqiqatın aparıcı müəllifi Suhanya Talavera-Sosa deyib.

Əvvəllər hesab olunurdu ki, anomaliyalar mantiyaya batmış qədim tektonik plitələrin parçalarından ibarətdir. Lakin onların strukturu bu fərziyyəni təkzib edir: onlar plitələrə bənzəmirlər.

Alimlər bu strukturların 4,5 milyard il əvvəl Yerlə toqquşaraq Ayı doğuran qədim səma cisminin fraqmentləri olduğunu irəli sürürlər. Seysmoloq Arven Dess vurğulayıb ki, bu kəşf Yerin tarixi və onun daxili quruluşu haqqında anlayışımızı dəyişir.

Tədqiqatın nəticələri onu da deməyə əsas verir ki, Yer mantiyası əvvəllər düşünüldüyü kimi sürətlə dəyişmir. İndi elm adamları bu sirli strukturların planetimizin təkamülünə necə təsir etdiyini və onların, həqiqətən, qədim dünyanın qalıqlarının olub-olmadığını öyrənməyi planlaşdırırlar.

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Dünya
10 avqust 2026 449 baxış
Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Dünya
10 avqust 2026 449 baxış
Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Dünya
10 avqust 2026 449 baxış
ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

Dünya
10 avqust 2026 449 baxış
İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

Dünya
10 avqust 2026 449 baxış
Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
10 avqust 2026 449 baxış
“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

Dünya
10 avqust 2026 449 baxış
Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Dünya
10 avqust 2026 449 baxış
Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Dünya
10 avqust 2026 449 baxış
Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Dünya
10 avqust 2026 449 baxış
Seçilmişlər
icon