Dünya
Pleyeri seçin:
Zaporojye AES-də təhlükəsiz zona yaradıla bilər
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Zaporojye Atom Elektrik Stansiyasında təhlükəsiz zonanın yaradılması istiqamətində Rusiya və Ukrayna ilə müzakirələr aparır, bu istiqamətdə tezliklə uğur əldə edəcəyimizə ümid edirik”.
Bunu jurnalistlərə açıqlamasında AEBA-nın baş direktoru Rafael Qrossi deyib. Onun sözlərinə görə, Zaporojye AES-in müharibə zonasında yerləşdiyini və buna görə də böyük təhlükə yaratdığını unutmaq olmaz: "Agentliyin məsələyə dərhal müdaxilə etməsi məhz bununla bağlıdır".
R.Qrossi bildirib ki, AEBA təkcə Zaporojye AES-də təmsil olunmur, Ukraynanın digər nüvə obyektlərində də fəaliyyət göstərən daimi ekspert qruplar mövcuddur.
Kopyalandı
Seçilmişlər