Pleyeri seçin:

Zaxarova bu ölkələri hədələdi | İlk zərbə haraya olacaq?

18 aprel 2025 775 baxış

Rusiya Qərbin Ukraynaya hərbi dəstək və yardımının qarşısını almaq üçün Avropaya qarşı təhdidedici ritorikasını sərtləşdirir.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.

İnstitut Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın aprelin 17-də Almaniyanın “Taurus” raketləri ilə Rusiyaya istənilən zərbənin Berlinin müharibədə birbaşa iştirakı kimi qiymətləndiriləcəyi ilə bağlı bəyanatına diqqət çəkib.

M.Zaxarova Estoniyanı da hədələyib. O, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Rusiya və Belarusa qarşı NATO təcavüzü halında Polşa və Baltikyanı ölkələrin birinci zərər çəkəcəyi təhdidini təkrarlayıb.

Analitiklər qeyd edirlər ki, Kreml Qərbin qərarlarına təsir etmək və Kiyevə yardımdan çəkindirmək məqsədi daşıyan belə hədələrdən dəfələrlə istifadə edib. Rusiya ötən il Ukraynanın ABŞ-nin ATACMS raketlərindən istifadəsinin qarşısını almaq üçün Vaşinqtonu da eyni cür hədələmişdi.

Müharibə Araşdırmaları İnstitutuna görə, Kreml Ukraynaya yardımın qarşısını almaq üçün Avropanın səylərini təxribat kimi qələmə verməyə çalışır.

Almaniyanın hazırkı Kansleri Olaf Şolts “Taurus”ların Ukraynaya tədarükündən imtina etsə də, mayın 6-da vəzifəsinin icrasına başlayacaq yeni Kansler Fridrix Merts sözügedən sistemlərin Kiyevə veriləcəyini istisna etmir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 775 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 775 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 775 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 775 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 775 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 775 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 775 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 775 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 775 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 775 baxış
Seçilmişlər
icon