Pleyeri seçin:

Zaxarova od püskürdü | “Brüssel vampirləri” istəyirlər ki...”

04 dekabr 2025 528 baxış

“Avropa İttifaqı (Aİ) rəhbərliyinin bəyanatları Brüsselin Ermənistan və Rusiya arasındakı münasibətlərə zərər vurmaq niyyətini açıq şəkildə göstərir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bundan əvvəl Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas demişdi ki, Ermənistan parlament seçkiləri ərəfəsində “ciddi informasiya çağırışları” ilə üzləşir.

Onun sözlərinə görə, Rusiya və onunla əlaqəli qurumlar ölkədə Aİ-nin qiymətləndirməsinə görə Moldovada müşahidə edilənlərə bənzər dezinformasiya kampaniyaları aparır. Brüssel həmin təsir şəbəkələrinin iştirakını qeydə alır və İrəvana xarici müdaxilələri aşkar etmək və neytrallaşdırmaqda dəstək vermək niyyətindədir.

Zaxarova Avropa rəsmilərinin bəyanatlarını şərh edərkən Aİ-nin mövqeyini sərt şəkildə tənqid edərək Kaya Kallasla Marta Kosu “Brüssel vampirləri” adlandırıb. Diplomatın sözlərinə görə, onlar başqalarının da “vampir” olmalarını istəyirlər.

“Bu ritorika Aİ-nin Ermənistan-Rusiya münasibətlərinə xələl gətirməyi əsas məqsəd seçdiyini, regionda sülh və inkişafa töhfə vermək niyyətində olmadığını göstərir. Bu kimi bəyanatlar Avropa rəsmilərinin niyyətlərinin mahiyyətini açır, onların real siyasi motivasiya və postsovet məkanında daxili proseslərə təsir göstərmək istəyini ortaya qoyur. Artıq bunu gizlətmirlər, bəlkə, gizlədə də bilərdilər, amma intellektual imkanlar buna yol vermir”, – o qeyd edib.

Zaxarova hesab edir ki, Aİ Ermənistan iqtisadiyyatının əsas sahələr, o cümlədən energetika üzrə ənənəvi, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığa hər cür vasitə ilə zərər vurmağa çalışır.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 528 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 528 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 528 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 528 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 528 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 528 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 528 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 528 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 528 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 528 baxış
Seçilmişlər
icon