Pleyeri seçin:

Zelenskinin rədd cavabı necə nəticələnəcək? - Əsas məqsəd budur ki...

03 iyul 2024 206 baxış

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Avropa İttifaqı Şurasına sədrliyi müddətində ilk olaraq Ukraynaya səfər edib.

Bildirib ki, Macarıstanın sədrliyinin məqsədi təşkilat qarşısında duran problemlərin həllinə töhfə verməkdir. Ona görə də ilk səfəri Kiyev olub.

Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət zamanı onu atəşkəs əmrini nəzərdən keçirməyə də çağırıb. Səfəri bitər-bitməz ölkəsinə qayıdan V.Orban yerli telekanala müsahibə də verib:

“Əgər atəşkəs əldə olunsaydı, bu, sülh danışıqlarını sürətləndirməyə şans yaradardı. Davam edən müharibənin sonlandırılması Avropa üçün ən vacib məsələdir. V.Zelenski hərbi əməliyyatların dayandırılması təklifini rədd edir. Bu da Moskvanı yenidən silahlanmağa vadar edir.

İlk növbədə mən V.Zelenskinin atəşkəs elan edilməsinin mümkünlüyü ilə bağlı fikrini öyrənmək istədim, hətta məhdud müddətə. Bu, iki, üç, ya da dörd həftə də ola bilərdi və bu da o deməkdir ki, bu atəşkəs dövründə biz sülh prosesi ilə bağlı danışıqları sürətləndirə bilərik. O isə şübhələrinin olduğunu, əslində bunu bəyənmədiyini, əvvəlki atəşkəslərlə bağlı pis təcrübəsi olduğunu söylədi”.

Məlumat üçün bildirək ki, iyulun 1-də Avropa İttifaqı Şurasına sədrlik Macarıstana keçib. Bu, bir sıra Aİ ölkələrində və Avropa qurumlarında Ukrayna hadisələri, Kiyevə hərbi yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı xüsusi mövqeyinə görə rəsmi Budapeştin kəskin tənqidi ilə müşayiət olunub.

Almaniya liderindən Vaşinqtona mesaj

Almaniya liderindən Vaşinqtona mesaj

Dünya
09 dekabr 2025 206 baxış
Kamboca Tailandla sərhədə zirehli texnika yerləşdirdi

Kamboca Tailandla sərhədə zirehli texnika yerləşdirdi

Dünya
09 dekabr 2025 206 baxış
Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlib

Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlib

Dünya
09 dekabr 2025 206 baxış
Əhaliyə maska xəbərdarlığı | Bu ölkədə epidemiya yayılır

Əhaliyə maska xəbərdarlığı | Bu ölkədə epidemiya yayılır

Dünya
09 dekabr 2025 206 baxış
Britaniyada yaranan yeni internet trendi | Valideynlər üçün həyəcan təbili

Britaniyada yaranan yeni internet trendi | Valideynlər üçün həyəcan təbili

Dünya
09 dekabr 2025 206 baxış
Putin iclasda hansı tapşırıqları verdi? - Əsas vəzifə...

Putin iclasda hansı tapşırıqları verdi? - Əsas vəzifə...

Dünya
09 dekabr 2025 206 baxış
İranda iqtisadi böhran dərinləşir | Nazirdən şok açıqlama - Baku TV CANLI

İranda iqtisadi böhran dərinləşir | Nazirdən şok açıqlama - Baku TV CANLI

Dünya
09 dekabr 2025 206 baxış
ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən Suriyaya vacib mesaj

ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən Suriyaya vacib mesaj

Dünya
09 dekabr 2025 206 baxış
Ölümdən sonrakı həyat: Bakının adı Misirin 3500 illik "Ölülər kitabı"nda niyə çəkilir? - ARAŞDIRMA

Ölümdən sonrakı həyat: Bakının adı Misirin 3500 illik "Ölülər kitabı"nda niyə çəkilir? - ARAŞDIRMA

Dünya
09 dekabr 2025 206 baxış
Müharibənin gedişatı dəyişir | Trampın Ukrayna planı nədən ibarətdir? - Baku TV CANLI

Müharibənin gedişatı dəyişir | Trampın Ukrayna planı nədən ibarətdir? - Baku TV CANLI

Dünya
09 dekabr 2025 206 baxış
Seçilmişlər
icon