Pleyeri seçin:

Zelenskiyə təsir edəcək əsas dövlət hansıdır? - Hindistan təklif etdi ki...

29 avqust 2024 512 baxış

Ukrayna ikinci sülh sammitinin keçirilməsi üçün yer axtarır.

Məsələ bu yaxınlarda Kiyevi ziyafət edən Hindistanın Baş naziri Narendra Modi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında da əsas müzakirə mövzusu olub. Hindistan Rusiya-Ukrayna müharibəsində vasitəçiliyi ələ keçirmək üçün sülh sammitinin Dehlidə keçirilməsini təklif edir.

Modi tərəfindən Zelenskiyə məsələ ilə bağlı təklif verilib. Kiyev də Dehlinin bu təşəbbüsünü dəstəkləyir, ancaq Ukrayna hökumətinin bununla bağlı şərti var. Hindistan birinci sülh sammitinin yekun mətninə imzasını atmalıdır. Rəsmi Dehli ilk sammitdə iştirak etsə də, yekun mətni Moskva ilə münasibətləri pozmamaq üçün imzalamayıb. Modi hökuməti savaşda Ukraynanı dəstəklədiyini bildirir, amma Rusiya ilə də əməkdaşlığa xüsusi önəm verir.

Rəsmi Kiyev hazırda sülh sammitinin keçirilməsi üçün Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə ilə danışıqlar aparır. Ancaq bu dövlətlərlə bərabər Zelenski Hindistanın Rusiyaya təsir imkanlarını nəzərə alaraq sammitin bu ölkədə keçirilməsi üçün hind hökuməti ilə də təmaslarını kəsmir. Ancaq öz mövqeyindən çəkilmək də istəmir.

Bir müddət əvvəl Kiyevə gələn Narendra Modi öncə Polşanı ziyafət edərək Kiyevə Varşavadan dəmiryolu vasitəsilə gəldi. Modi 1992-ci ildən bəri Ukraynaya səfər edən ilk Hindistan lideridir. Polşa üzərindən Ukraynaya gəliş isə Varşavanın Kiyevin təhlükəsizlik arxitekturasındakı danılmaz rolunu göstərir.

Donald Tusk hakimiyyətə yenidən qayıtdıqdan sonra polyak hökuməti Ukraynanin xarici siyasət kursunda əsas aktorlardan birinə çevrilib. İkinci sülh sammitində Zelenski hökumətinin qərarına təsir edəcək əsas dövlətlərdən biri də məhz Polşa olacaq.

Hazırda Ukrayna Prezidenti Polşanın Baş naziri ilə bu barədə təmaslarını davam etdirir. Zelenskinin Çinin prosesdə iştirakını tənqid edərək Pekinin vasitəçilik təklifindən imtinasında da Dehli ilə Kiyev arasında dialoqun mühüm rolunun olduğu ehtimal edilir.

Hindistan və Çin arasında gedən qlobal rəqabət Ukraynadan da yan keçməyib. Artıq Hindistan Ukrayna ilə müəyyən layihələrə start verib. Bütün maneələrə baxmayaraq, Dehli hələlik ikinci sülh sammitinin keçirilməsi üçün əsas məkan olaraq qalır.

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Dünya
23 sentyabr 2026 512 baxış
Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Dünya
23 sentyabr 2026 512 baxış
ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

Dünya
23 sentyabr 2026 512 baxış
Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 512 baxış
Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 512 baxış
Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 512 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 512 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 512 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 512 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 512 baxış
Seçilmişlər
icon